2022-ci ildə Azərbaycanda 4,6% çox ümumi daxili məhsul istehsal olunub, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 9,1% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci ildə neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb.
2022-ci il ərzində ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub.
ÜDM istehsalının 51,1%-i sənaye, 8,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4.8%-i tikinti, 1,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4%-i informasiya və rabitə sahələrinin, 14,7%-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,4%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 13 min 292,2 manata bərabər olub.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımını 3,5% səviyyəsində, nominal ÜDM-in 130 milyard manat səviyyəsində proqnozlaşdırıb.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6%, həmçinin qeyri neft ÜDM-in 7,2% artıb.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət