“Bank Respublika” ASC 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, “Bank Respublika” 2022-ci ildə fondun vəsaitləri hesabına sahibkarlara 28,3 milyon manat məbləğində güzəştli kredit (2021-ci ilin göstəricisindən 39,4% çox - İF) verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “Kapital Bank” (15,9 milyon manat), üçüncü yerdə “Rabitəbank” (14,8 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə "PAŞA Bank” (13,2 milyon manat) və “Xalq Bank” (9,9 milyon manat) da daxil olub.
Qeyd edək ki, “Bank Respublika” 2021-ci ildə də 20,3 milyon manatla SİF-in vəsaitləri hesabına ən çox güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət