Göyərtəsində Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin olduqları təyyarə bazar günü axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Azərbaycan mətbuatl məlumat verir ki, səfirliyin əməkdaşları “Azərbaycan Hava Yolları” QSC-nin xüsusi reysi ilə təxliyə olunub.
Həmçinin, Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi Bakıya gətirilib. Bundan başqa, səfirliyin yaralı mühafizəçisi də Bakıya çatdırılıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov səfirliyə silahlı hücumu jurnalistlərə şərh edərək bildirib: “Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır”.
Həmçinin o əlavə edib ki, Azərbaycanın Tehrandakı səfirliyi diplomatik fəaliyyətini tam dayandırıb. O cümlədən, Xələfov vurğulayıb ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu fəaliyyətini davam etdirəcək.
Xələfov əlavə edib ki, Bakı dəfələrlə İran tərəfinin nəzərinə çatdırıb ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. Buna görə də təhlükəsizlik tədbirlərinin artırılması tələb edilib. “Baş verən hadisə göstərdi ki, İran bu tələblərimizə məsuliyyətsiz yanaşıb. İran tərəfindən terror aktının şəffaf şəkildə araşdırılması, cinayətkarların məsuliyyətə cəlb olunmasını gözləyirik”, - o qeyd edib.
Nazir müavini vurğulayıb ki, Bakı səfirliyə hücum edən şəxsin bunu ailə problemləri ilə əlaqədar həyata keçirməsi ilə bağlı Tehranın versiyası ilə razı deyil.
Həmçinin, Xələfov vurğulayıb ki, bu terror aktı Bakı və Tehranın münasibətlərinə böyük zərbə vurub. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət