İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zöhuri Ermənistan ərazisindən Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən dəhlizin yaradılmasının yolverilməz olduğunu bəyan edib.
“Əlbəttə, burada müəyyən hiylə var, “qondarma” dəhlizlər, hansısa hərəkətlər barədə danışılır. Lakin İran və Ermənistan belə dəhlizin yaradılmasına imkan verməyəcək”, - deyə səfir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran və Ermənistan özü təşəbbüs göstərməlidir.
“Biz hansı yeni addımları ata biləcəyimizi nəzərdən keçirməli, hansısa dəhlizin açılması ilə bağlı yeni ideyalar gözləməməliyik. Biz buna imkan verməməliyik”, - deyə Zöhuri qeyd edib.
Səfir bildirib ki, İran və Ermənistan beynəlxalq sərhədlərin tanınması, mübahisələrin sülh yolu ilə həlli, region xalqlarının hüquqlarına hörmət edilməsi, bölgədə sabitliyin təmin olunması istiqamətində kollektiv səylərlə bağlı məsələlərdə həmfikirdir.
Avropa İttifaqının ikiillik mülki missiyasının Ermənistanda yerləşdirilməsinə münasibət bildirən diplomat deyib ki, regional problemlər region ölkələrinin iştirakı ilə həll edilməlidir.
“Digər ölkələr də regionda təhlükəsizliyin və sülhün təmin olunması baxımından töhfə verə bilər. Lakin problemlərin region ölkələrinin iştirakı ilə həlli dialoq və müzakirələr əsasında təhlükəsizliyi və sülhü təmin edə bilər”, - deyə Zöhuri vurğulayıb.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət