Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $42,7 milyon satıb.
Fevralın 23-də keçirilən hərracda banklara $61,6 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $42,7 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta (2021-ci illə müqayisədə azalma 30%) satıb.*
B.Rüstəmbəyov
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən “Base Metals” şirkətinin ərazisində silah-sursat aşkar edilib
Bayramov Qarabağ ermənilərinin reinteqrasiya planının bəzi detallarını açıqlayıb
8 ay ərzində Azərbaycana gələn əcnəbilərin sayı 33,8% artıb
Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb
GDU 5 saylı korpusun əsaslı təmirinə daha 2,1 milyon manat yönəldəcək
Blinken Paşinyanla telefon danışığı aparıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr