Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Görüş zamanı insan hüquqları sahəsində Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, cari regional vəziyyət, habelə Laçın yolu ətrafında məsələlər müzakirə olunub”, - deyə məlumatda bildirilib.
E.Məmmədov Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib. Bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlərin olduğu bildirilib.
Nazir müavini, həmçinin Azərbaycanın sülh və quruculuq səylərinin Ermənistan tərəfinin davamlı siyasi-hərbi təxribatları ilə üzləşdiyini qeyd edib. Bu xüsusda, Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına kölgə salmaq məqsədilə Ermənistan tərəfindən guya Azərbaycanın erməni sakinlərini “blokadaya” alması, bölgədə "humanitar böhran" vəziyyətinin yarandığına dair həqiqəti əks etdirməyən mövqeyin sərgilənməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablandığı bildirilib. Azərbaycan Respublikasının bütün vətəndaşları kimi, bölgədə yaşayan erməni sakinlərin də təhlükəsizliyini təmin etməyə hazır olduğu vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət