Pekin Bakı üçün etibarlı tərəfdaş və dost dövlətdir. Bunu Prezident İlham Əliyev deyib.
“Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlərə xüsusi əhəmiyyət veririk. Dövlətlərarası əlaqələrimizin gündən-günə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması və yeni məzmun kəsb etməsi məmnunluq doğurur”, - deyə dövlət başçısı Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə Si Cinpinə ünvanladığı təbrik məktubunda bildirib.
Əliyev vurğulayıb ki, daim genişlənən siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlıq, “Kəmər və yol”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlıq, Çin şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı Bakı və Pekin arasında sıx münasibətləri səciyyələndirən başlıca amillərdəndir.
“Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə dərinləşdirilməsi, əməkdaşlığımızın genişləndirilməsi, regional iqtisadi tərəfdaşlıq üçün geniş perspektivlər açan infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətimizin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə təbrikdə qeyd olunur.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət