ABŞ Dövlət Departamenti İrana məxsus təyyarənin Azərbaycanla sərhəddə uçuş həyata keçirməsi ilə əlaqədar insidenti şərh edərkən İranı Cənubi Qafqazda zərərli fəaliyyət həyata keçirməkdə ittiham edib.
“Azərbaycan və İrana gəlincə, əlbəttə ki, İran uzun müddətdir ki, regionda pis niyyətli oyunçu olub. O, həm yaxın, həm də uzaq qonşularını təhdid edən zərərli fəaliyyətlə məşğul olur. Ona görə də biz bu növ gərginlikləri narahatlıqla izləyirik”, - Dövlət Departamentinin spikeri Ned Prays brifinqdə bildirib.
Daha öncə Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri məlumat veriblər ki, martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə “saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib”.
“İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq”, - Azərbaycan Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir.
Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.
Öz növbəsində, İran XİN-dən bəyan edilib ki, təyyarə Azərbaycan sərhədini keçməyib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət