2023-cü ilin yanvar ayında Azərbaycana 142,655 min ton buğda idxal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 52,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $43 milyon 423,1 min (artım 33,7%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvar ayında aldığı buğdanın qiyməti bir ton üçün $304,39 (2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $120,1 min dəyərində (azalma 99,4%) 6,3 min ton şəkər xammalı və şəkər (azalma 99,8%), $10 milyon 8,2 min dəyərində (azalma 58,8%) 7,32 min ton bitki yağı (azalma 55%), $5 milyon 946 min dəyərində (artım 48,5%) 1,11 min ton çay (artım 31,6%), $5 milyon 789 min dəyərində (azalma 9,2%) 920 ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 19,1%) idxal edilib.
Bununla yanaşı, respublikaya $1 milyon 377,5 min dəyərində (azalma 32,7%) 406,3 ton iribuynuzlu heyvan əti (azalma 7,2%), $2 milyon 797,8 min dəyərində (azalma 10,9%) 1,842 min ton quş əti və quş əti məhsulları (azalma 22,1%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $11 milyon 656,5 min dəyərində (artım 22,8%) 9,609 min ton meyvə (azalma 4%), $1 milyon 720,1 min dəyərində (azalma 30,2%) 2,752 min ton tərəvəz (azalma 31,7%), $3 milyon 664,4 min dəyərində (azalma 20,3%) 13,049 min ton kartof (azalma 26,5%) idxal edilib.
Yanvar ayında ölkədən $12 milyon 35,9 min dəyərində (azalma 20,7%) 12,096 min ton tərəvəz (azalma 6%), $32 milyon 491,1 min dəyərində (azalma 12,5%) 28,509 min ton meyvə (azalma 5,3%), $109,9 min dəyərində (azalma 39,4%) 218,5 ton kartof (azalma 41,7%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $4 milyon 773,4 min dəyərində (artım 2,5 dəfə) 6,398 min ton şəkər (artım 2.2 dəfə), $78,4 min dəyərində (azalma 42,6%) 29,3 ton bitki yağı (azalma 77,5%) ixrac edilib.
Yanvar ayında Azərbaycan $1 milyon 250,3 min dəyərində (artım 96,8%) 1,084 min ton meyvə və tərəvəz şirələri (artım 67,5%), $463,6 min dəyərində (artım 2,7 dəfə) 24,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 2,6 dəfə), $1 milyon 40,7 min dəyərində (artım 2,6 dəfə) 681,7 ton meyvə və tərəvəz konservləri (artım 2,6 dəfə), $274,5 min dəyərində (azalma 88%) 176,2 ton tütün (azalma 70,8%), $613,3 min dəyərində (artım 2,3 dəfə) 70,6 ton çay (artım 95,6%) ixrac edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət