Azərbaycanın Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Vaqif Sadıqov qeyd edib ki, Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə olması Bakını narahat edir.
“Bu, (missiyanın yerləşdirilməsi – İF) Ermənistanla Aİ arasında ikitərəfli məsələ olsa da, bizim sərhəd postlarımızdan bir neçə yüz metr aralıda və Rusiya sərhədçilərinin, erməni sərhədçilərin, Rusiya nizami bölmələrinin, erməni nizami bölmələrinin və İran sərhədinə yaxın İran hərbçilərinin olduğu son dərəcə hərbiləşdirilmiş zonada baş verir. İndi isə Aİ missiyası da var”, - deyə Sadıqov “POLITICO” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu missiyanı Brüsselin Cənubi Qafqaz regionunda mövcudluğunu möhkəmləndirmək cəhdi kimi qiymətləndirmək olar.
Öz növbəsində, Aİ-nin diplomatik xidmətinin yüksək vəzifəli nümayəndəsi anonimlik şərti ilə “POLİTİCO”ya bildirib ki, Avropa İttifaqı Bakı ilə münasibətlərdə “başqa ssenariyə ümid edirdi”. O qeyd edib ki, Brüssel Ermənistanda - Azərbaycanla sərhəddə patrul xidməti haqqında məlumatı bölüşür.
“Biz patrul xidməti və s. barədə bütün müvafiq məlumatları Azərbaycanla bölüşürük, çünki heç bir problem istəmirik”, - deyə nümayəndə əlavə edib.
Avropa İttifaqı Şurasının qərarı ilə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində yaradılan Aİ mülki missiyası (EUMA) 2023-cü ilin fevralında Ermənistanda fəaliyyətə başlayıb. 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, yerlərdə etimadın möhkəmlənməsinə töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət