2023-cü ilin birinci rübündə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin aktivləri 17,6% - 11 milyard 564 milyon 337,65 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 1,8% - 3 milyard 594 milyon 831,58 min manata qədər, istehlak kreditləri 7,7% - 1 milyard 47 milyon 592,36 min manata qədər artıb, biznes kreditləri 3,9% - 1 milyard 573 milyon 555,27 min manata qədər azalıb, daşınmaz əmlak krediti 5,8% - 973 milyon 683,95 min manata qədər artıb.
Bankın öhdəlikləri 9 milyard 851 milyon 133,39 min manata (azalma 20,6% - İF) bərabərdir.
ABB-nin depozitlərinin həcmi 8 milyard 737,05 milyon manat (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 17,7% - İF), o cümlədən əhalinin əmanətləri 1 milyard 882 milyon 267,92 min manat (azalma 1,3%) təşkil edib.
Bankın kapitalı 1 milyard 713 milyon 204,26 min manat (artım 4,9%) təşkil edib, nizamnamə kapitalı 1 milyard 225 milyon 647,82 min manata (dəyişməyib) bərabərdir.
ABB birinci rübü 80 milyon 402,83 min manat məbləğində xalis mənfəətlə başa vurub (2021-ci ilin birinci rübü ilə müqayisədə artım 2,1 dəfə - İF). Bankın məlumatına görə, 1 aprel 2023-cü il tarixinə ümumi bölüşdürülməmiş mənfəət 291 milyon 586,45 min manat (artım 38,1%) həcmində qiymətləndirilir.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir: səhmlərin 96,37%-i dövlətə məxsusdur.
ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81% təşkil edir. Bundan başqa, bankın kapitalında 3,06% fiziki şəxslərə (minoritar səhmdarlara), 0,23% “Aqrarkredit” QSC-yə, 0,34% digər hüquqi şəxslərə məxsusdur.**
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət