Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinayn arasında 14 may tarixli görüşü iki ölkə arasında normallaşma gündəliyininirəlilədilməsi baxımından faydalı və nəticəyönümlühesab edir.
“Avropa İttifaqı Şurasının prezidentinin təşkilatçılığı ilə Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında bu formatda 14 may tarixli sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyininirəlilədilməsi baxımından faydalı və nəticəyönümlühesab edirik”, - XİN-in bəyanatında deyilir.
Nazirlikdən qeyd olunub ki, “müxtəlif müdaxilə vəşərtləndirməcəhdlərinəgörə doqquz aya yaxın müddətdə fasilə verilən“Brüsselformatı”nda görüşünyenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir”.
Məlumat verilib ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsininrazılaşdırılması, sərhədlərindelimitasiyasıvə kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsiaparılıb.
“Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinəçatdırılıb.Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsimüstəsnaəhəmiyyət kəsb edir”, - nazirlikdən bildirilib.
Görüş həmçinin münaqişədən sonrakı normallaşma baxımından vacib olan humanitar məsələlərin müzakirəsi üçünbirfürsət təşkil edib. “Bu kontekstdə,xüsusilə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi vəminasızlaşdırmasahələrindəaddımlaratılmasının sürətləndirilməsininvacibliyi bir dahavurğulanıb”, - XİN-dən məlumat verilir.
Bəyan edilib ki, “Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərinnormallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganəyoldur”.
“Bu istiqamətdə münasibətlərin normallaşması üçün tərəqqi əldə edilməsinə dəstək verən səyləri alqışlayır, bu məqsədi güdən beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik”, - XİN-dən vurğulanıb. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət