Şənbə günü İrəvanda məhkəmə tərəfindən baş nazirin oğlu Aşot Paşinyanı qaçırmaq cəhdində ittiham edilən Ermənistan vətəndaşı Qayane Akopyanın bir ay müddətinə həbsi barədə qərar qəbul olunub.
Həbs olunan qadın Qarabağ müharibəsində həlak olan hərbi qulluqçunun anasıdır.
Mayın 17-də Paşinyanın ailəsinə məxsusu olan “Aykakan jamanak” nəşri məlumat verib ki, “Oğulların harayı” ictimai təşkilatın üzvləri (2020-ci ildə Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların valideynləri tərəfindən yaradılıb) Aşot Paşinyanı qaçırmağa cəhd ediblər.
Nəşrin məlumatına görə, Paşinyanı yaşadığı evin yaxınlığında qaçırmağa cəhd ediblər. “Onlar Aşot Paşinyanı avtomobilə oturmağa məcbur ediblər, lakin o bir anda maşından düşərək qaçıb. Bundan sonra baş nazirin oğlunu həmin təşkilatın arxadan gələn avtomobili vurub", - nəşr yazır.
Lakin həlak olan hərbçilərin valideynlərindən biri Qarik Qaleyan Ermənistan mətbuatına hadisənin baş verməsi ilə bağlı öz versiyasını açıqlayıb. Onun sözlərinə görə, Aşota hərbi qəbirstanlığa getməyi təklif ediəndən sonra o, könüllü olaraq maşına oturub ki, “atasının nə törətdiyini görsün”.
“Biz dedik ki, ona heç nə etməyəcəyik. O, könüllü olaraq maşına oturdu, biz yola düşdük, yolun ortasında isə o maşından düşüb qaçdı”, - Qaleyan deyib.
Ermənistan polisindən “İnterfaks”a təsdiq edilib ki, baş nazirin oölu tərəfindən qaçırılma cəhdi barədə məlumat daxil olub. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət