Azərbaycan 2023-cü ilin yanvar-mart aylarında Rusiya və Qazaxıstandan buğda idxalını artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, Rusiyadan buğda idxalı 3 dəfə - 233,165 min tonadək artıb. Ümumilikdə, yanvar-mart aylarında Rusiya Azərbaycana $66 milyon 416,42 min dəyərində (artım 2,5 dəfə) buğda tədarük edib. Beləliklə, bir ton Rusiya buğdası Azərbaycana 284,84 ABŞ dollarına başa gəlib.
Qazaxıstandan $42 milyon 293,7 min dəyərində (artım 1,8 dəfə) 122,842 min ton buğda (artım 1,7 dəfə) alınıb. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 344,3 ABŞ dollarına başa gəlib.
Azərbaycana buğda idxalının 65,5%-i Rusiyanın, 34,5%-i Qazaxıstanın payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana $108 milyon 758,38 min (аrtım 74,3%) dəyərində 356,147 min ton buğda (artım 94,8%) idxal edilib. Azərbaycanın yanvar-mart aylarında aldığı buğdanın qiyməti bir ton üçün $305,37 təşkil edib. **
B.Rüstəmbəyov
Əliyev Azərbaycanın Belarus, Moldova və Rumıniyadakı səfirərini dəyişib
Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ciddi maneə görmür
Azərbaycanda Yeni İl bayramı yanvarın 7-dək davam edəcək
İsveçrə 10 ay ərzində Azərbaycana dərman vasitələrinin ixracını 58% artırıb
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Aİ 2024-cü ildə Fələstinə 125 milyon avro məbləğində ilkin humanitar yardım nəzərdə tutur
Ərdoğan Fransanın Ermənistana zirehli nəqliyyat vasitələri göndərməsini təxribat adlandırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək