31 dekabr 2022-ci il tarixinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə aktivləri 14 milyard 177,619 milyon manat təşkil edir, bu da bankın 2021-ci ilin göstəricindən 20,6% çoxdur.Bankın saytında dərc olunan ötən ilin auditi aparılmış birləşmiş hesabatına əsasən, ABB-nin kredit portfeli 14,9% - 3 milyard 401,058 milyon manatadək artıb.
Bankda pul vəsaitin həcmi 5 milyard 375,211 milyon manata (2022-ci il ərzində azalma 21,4%) bərabərdir.Bankın öhdəlikləri 12 milyard 357,256 milyon manata (artım 23%) bərabərdir.
Hesabat dövrünün sonuna ABB-nin depozitlərinin həcmi 11 milyard 252,021 milyon manat (artım 29,4%) təşkil edib.
31 dekabr 2022-ci il tarixinə ABB-nin kapitalı 1 milyard 820,363 min manat (artım 6,9%) təşkil edib. Bankın nizamnamə kapitalı 1 milyard 225,648 milyon manata (azalma 1,3%) bərabərdir.
ABB 2022-ci ili BMHS üzrə 288,782 milyon manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da 2021-ci ilin göstəricisindən 2,1 dəfə çoxdur.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, hökumətin payı – 96,37% təşkil edir. Bankın səhmdarları 18 hüquqi və 1759 fiziki şəxsdir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət