Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Sərəncamın və Proqramın mətnləri bu gün dövlət başçısının saytında dərc olunub.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə Dövlət Proqramının 2023–2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinə Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Azərbaycan Respublikasının Maliyyə və İqtisadiyyat nazirliklərinə və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görmək tapşırılıb.
Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən olunub: əlverişli biznes mühitinin yaradılması; ticarətin inkişafı; ixracyönlü sənayenin inkişafı; kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı; turizmin inkişafı; elektrik enerjisi istehsalının və ixracının artırılması; infrastruktur təminatının inkişafı; sosial sektorun inkişafı; insan kapitalının inkişafı; institusional inkişaf; ətraf mühitin mühafizəsinin gücləndirilməsi.
Bu prioritetlərin həyata keçirilməsi 5 əsas hədəfə nail olmağa imkan verəcək: dayanıqlı inkişafın təmin olunması; məşğulluq imkanlarının artırılması; əhalinin həyat səviyyəsinin yüksəldilməsi; təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; ətraf mühitin mühafizəsinin təmin olunması.
Dövlət Proqramının iki mərhələdə - 2023–2024-cü illərdə və 2025–2027-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur.
Dövlət Proqramı çərçivəsində Naxçıvanda azad iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərin hazırlanması; xarici investorların cəlb olunmasına dəstək göstərilməsi; bank və sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi; gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması planlaşdırılır. Bütün bu tədbirlərin 2023-2027-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi gömrük zonasının yaradılması; Naxçıvanda istehsal olunan məhsulların digər bazarlara ixracını təşviq etmək məqsədilə logistik dəstək verilməsi; Naxçıvanda sənaye parkının yaradılması; Şərur Sənaye Məhəlləsinin fəaliyyətə başlamasının təmin edilməsi; kənd təsərrüfatı sektorunda müxtəlif istiqamətlərin inkişaf etdirilməsi; aqroparkların yaradılması planlaşdırılır. Bu tədbirlər də 2023-2027-ci illəri əhatə edəcək.
Proqramda, həmçinin turizm infrastrukturunun yaxşılaşdırılması ilə bağlı tədbirlər; dövlət–özəl tərəfdaşlığı ilə yeni istilik elektrik stansiyalarının tikintisi; mövcud elektrik stansiyalarının və elektrik enerjisi verilişi sisteminin yenidən qurulması; bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalının fəal şəkildə inkişaf etdirilməsi; elektrik enerjisi ixracının təşkili; internet infrastrukturunun yaxşılaşdırılması; aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən uçuşların təşkil edilməsi; dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi; qaz kəmərlərinin çəkilməsi; özəl təhsil və tibb müəssisələrinin yaradılmasının təşviq edilməsi və.s nəzərdə tutulur.*
N.Abbasova
Bayramov Brüsseldə “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
Gürcüstan parlamentinin spikeri Azərbaycana rəsmi səfərə gəlib
Əliyev: 2023-cü ildə Azərbaycan Bolqarıstana 1 milyard kubmetrə yaxın qaz tədarük edəcək
Əliyev: Azərbaycan Avropaya qaz təchizatının coğrafiyasını genişləndirməyi planlaşdırır
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək