2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $9 milyard 275 milyon 591,36 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 9,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $22 milyard 953 milyon 73,98 min (2022-ci ilin eyni dövrü ilə müqayisədə artım 11.7% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $16 milyard 114 milyon 332,67 min (artım 4,5%), idxalın həcmi $6 milyard 838 milyon 741,31 min (artım 33,2%) təşkil edib.
İxracın strukturunda əsas həcm (90,9%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 13,48% ərzaq məhsullarının, 0,66% tütün və tütün məhsullarının, 4,22% əczaçılıq məhsullarının, 2,45% odun və agac məhsullarının, 0,45% gübrələrin, 3,14% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,03% geyim və geyim aksessuarlarının, 5,79% qara metallar və onlardan hazırlanan məmulatların, 17,75% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,69% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,82% mebelin, 33,52% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 7770 özəl və dövlət müəssisəsi və 29 595 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 185 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 46,04%-i), Türkiyə (16,17%), İsrail (3,94%), İspaniya (4,05%), Yunanıstan (4,3%), Hindistan (3,8%), Çexiya (2,37%), Rusiya (2,92%), Gürcüstan (2,32%) və Almaniya (2,3%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (19,29%), Çin (14,68%), Türkiyə (14,1%), Türkmənistan (5,18%), Fransa (3,88%), İran (3%), İtaliya (2,61%), ABŞ (2,76%) və Yaponiya (2,35%) ilə həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət