2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $9 milyard 769 milyon 492,55 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 19,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyunda Azərbaycanın xarici ticarət dövriyyəsi $26 milyard 166 milyon 412,67 min (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 14% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $17 milyard 967 milyon 952,61 min (azalma 2,8%), idxalın həcmi $8 milyard 198 milyon 460,06 min (artım 28,9%) təşkil edib.
İxracın strukturunda əsas həcm (90,13%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 12,91% ərzaq məhsullarının, 0,7% tütün və tütün məhsullarının, 3,94% əczaçılıq məhsullarının, 0,45% gübrələrin, 3,15% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,44% odun və agac məhsullarının, 2,04% geyim və geyim aksessuarlarının, 5,95% qara metallar və onlardan hazırlanan məmulatların, 18,62% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 15,28% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,8% mebelin, 33,72% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 8 223 min özəl və dövlət müəssisəsi və 34 452 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 187 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-iyunda Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 46,53%-i), İsrail (3,54%), Türkiyə (15,41%), İspaniya (3,63%), Rumıniya (2.3%), Rusiya (3,46%), Hindistan (3,41%), Çexiya (2,38%), Gürcüstan (2,26%), Yunanıstan (4,45%), İspaniya (3,63%) ilə,
əsas idxal əməliyyatlarını isə Rusiya (18,83%), Fransa (3,55%), Çin (15,44%), Türkiyə (13,99%), Almaniya (5,89%), Türkmənistan (5,36%), Yaponiya (2,44%), ABŞ (3,01%), Koreya (2,33%) və İranla (2,9%) həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət