Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəyinə görə, Ukrayna hökumətinin Gürcüstanda baş verən daxili siyasi hadisələrə artan diqqəti anlaşılan deyil.
Həmçinin Qaribaşvili Ukrayna hökumətinin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müalicə üçün Ukraynaya köçürülməsi tələbi ilə əlaqədar məsləhətləşmələr üçün Gürcüstan səfirini Kiyevdən Tbilisiyə göndərmək qərarını əsassız hesab edir.
"Ötən il ərzində iyirmi milyondan çox ukraynalı evlərini tərk edib, ərazilərin 20%-i itirilib və Ukraynaya trilyon dollardan artıq dəyərində ziyan dəyib. Bu faciədir. Buna görə, bu vəziyyətdə Ukrayna rəhbərliyinin hansı səbəbdən diqqətinin bizim daxili siyasi məsələlərimizə yönəltməyə vaxtnın qaldığı mənim üçün aydın deyil ", - Qaribaşvili jurnalistlərə bildirib.
Ukrayna Ali Radasının Gürcüstan rəhbərliyinə Saakaşvilinin xaricə müalicəyə göndərilməsi ilə bağlı müraciətini şərh edən Qaribaşvili qeyd edib ki, bu, «Ukraynanın Gürcüstan barəsində siyasətinin tərkib hissələrindən biridir». «Onlar Gürcüstanda Rusiyanın diqqətini başqa istiqamətə və digər cəbhəyə yönəltmək üçün onların maraqlarını həyata keçirəcək hakimiyyəti görmək istəyirlər, lakin biz buna icazə verməyəcəyik», - deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, həmçinin Avropa parlamentarilərinin qrupundan Saakaşvilinin Avropa İttifaqı ölkələrindən birinə müalicəyə göndərilməsi ilə bağlı analoji müraciət daxil olub. O, həmçinin Avropa parlamentarilərini Gürcüstan xalqından və dövlətindən «Gürcüstan hakimiyyətinin Saakaşvilini zəhərlədiyinə görə yayılan yalana görə» üzr istəməyə çağırıb.
Bundan əlavə, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbət etdiyini və Ukrayna rəsmilərinin Saakaşvilinin Gürcüstan sərhədini gizli keçidində iştirakı barədə məlumatlara dair arqumentlər gətirdiyini bildirib, lakin Kiyev heç bir reaksiya verməyib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət