2023-cü ilin birinci yarısında “Bank of Baku”nun aktivləri 13,3% - 794 milyon 410,68 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il iyunun 30-na bankın kredit portfeli 617,854 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7% - İF) təşkil edib. İstehlak kreditləri portfeli 425,523 milyon manata (artım 6,9%), biznes kreditləri portfeli 162,259 milyon manata (artım 4,9%) bərabərdir.
Bankın öhdəlikləri 664 milyon 32,65 min manat (artım 14,8%) məbləğindədir. Bankdakı depozitlər 440 milyon 311,5 min manat (artım 20,5%), əhalinin əmanətləri 396,181 milyon manat (artım 20%) təşkil edir.
2023-cü ilin iyun ayının sonuna “Bank of Baku”nun kapitalı 130 milyon 378,03 min manata (artım 6,1%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 17 milyon 43,82 min manat (azalma 7,9%) təşkil edib.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.*
X.Nəsirzadə
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət