2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana $900 milyon 590,16 min dəyərində (artım 66,3%) 56766 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə idxal edilən avtomobillərin sayı 37,2% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $813 milyon 944,92 min dəyərində (artım 94,4%) 52675 ədəd avtomobil (artım 38,1%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $61 milyon 361,74 min dəyərində 1492 ədəd elektrokar və $186 milyon 543,84 min dəyərində 8426 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $57 milyon 896,89 min dəyərində (artım 4,4%) 3794 ədəd motorlu nəqliyyat vasitəsi (artım 39,6%), o cümlədən $23 milyon 339,58 min dəyərində 217 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 23,3%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $5 milyon 408,77 min dəyərində 80 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 75,7%) gətirilib.
2022-ci ildə Azərbaycana $1 milyard 57 milyon 792,37 min dəyərində 74,577 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət