Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Rusiyadan üz döndərmədiyini deyib.
“Biz bilirik və başa düşürük ki, nələr baş verir”, - deyə o, bu gün Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Ermənistanla ikitərəfli münasibətlərdə bir çoxlarının böhran və üz döndərmə kimi səciyyələndirdiyi son hadisələri şərh edərkən bildirib.
Qarabağ münaqişəsi zonasında mövcud vəziyyətə toxunan RF lideri qeyd edib ki, Ermənistan rəhbərliyi Bakının Qarabağ üzərində suverenliyini rəsmi şəkildə tanıdıqdan sonra vəziyyət əsaslı surətdə dəyişib.
“Əgər Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, biz nə edə bilərik?”, - deyə Putin bildirib.
O etiraf edib ki, digər məsələlər, o cümlədən humanitar, Qarabağ ermənilərinin təhlükəsizliyi və Rusiya sülhməramlılarının mandatı ilə bağlı məsələlər həll olunmamış qalıb.
“Əlbəttə, burada başqa məsələlər yaranır. Humanitar tərkibli və bizim sülhməramlıların mandatı ilə bağlı məsələlər. Mandat hələ də qüvvədədir, humanitar xarakterli məsələlər isə, orada hansısa etnik təmizləməyə yol verilməməsi, əlbəttə ki, qalır. Mən bununla tamamilə razıyam. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi hər zaman bizə dediyi kimi və indiyədək də deyirlər, heç bir etnik təmizləmədə maraqlı deyil”, - deyə Putin vurğulayıb.
Moderatorun “Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanla danışmısınızmı?” sualına Putin belə cavab verib: “O, mənə ətraflı məktub göndərib, biz onunla təmasdayıq. Ermənistanla, baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət