Qarabağ iqtisadi rayonunda çərşənbə axşamı səhər saatlarında qeyri-qanuni erməni silahlı birləşmələrinin yerləşdirdiyi mina partlaması nəticəsində Azərbaycan Daxili İşlər Nazirliyinin 4 əməkdaşı həlak olub.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub ki, sentyabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb.
“Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan Asim Camalzadə, Ramil Şirinov, Seymur Mahmudov və Xəzər Zamanov hadisə yerində həlak olublar”, -məlumatda qeyd olunur.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, zərər çəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi terrorçuluqla əlaqədar öldürmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi ilə bağlı birgə əməliyyat-operativ tədbirlər həyata keçirilir.
Beləliklə, çərşənbə axşamı Qarabağda qanusuz erməni birləşmələrinin yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub: DİN-in 4 əməkdaşı və 2 mülki şəxs. **
X.Nəsirzadə
Qafarova: “Bakı İrəvanla sülh danışıqlarını davam etdirməyə hazırdır”
Bayramov: “Ermənilərin Qarabağı tərk etməsinə görə məsuliyyət Ermənistanın üzərinə düşür”
Əliyev: “Rumıniya ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur”
2022-ci ildə АSK-nın mənfəəti 5%-dək artıb
11 ay ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Azərbaycandan ixracı 3,6% azaldıb
10 ay ərzində “Azərkosmos”un peyklərin istismarından gəlirləri 26% azalıb
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək