Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında dünya bazarlarına 1 min 550,81 kq qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $72 milyon 72,31 min (azalma 23,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycandan $1 milyon 432,45 min dəyərində (azalma 33,2%) 1 min 850,71 kq gümüş (azalma 36,8%) ixrac edilib.
Qızılın bütün həcmi və $1 milyon 394,45 min dəyərində 1 min 812,71 kq gümüş İsveçrəyə, $38 min dəyərində 38 kq gümüş isə BƏƏ-yə ixrac olunub.
2022-ci ildə Azərbaycan dünya bazarlarına $185 milyon 249,68 min dəyərində (azalma 8,5%) 5 min 482,68 kq qızıl (2021-ci illə müqayisədə azalma 9,9%) ixrac edib.
Ötən il $3 milyon 822,39 min dəyərində (artım 73,3%) 5 min 449,41 kq gümüş (artım 82,8%) ixrac edilib.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət