Avropa İttifaqı (Aİ) oktyabrın 5-də Qranadada keçiriləcək sammitdə yerdəki çətin vəziyyətə baxmayaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişin mümkün olub-olmadığını araşdıracaq. Bunu Aİ-nin yüksək rütbəli rəsmisi jurnalistlərə açıqlamasında deyib.
“Ümid edirik ki, hər iki tərəfi bu işi başa çatdırmaq üçün iddialı müddət, iddialı qrafik müəyyənləşdirməyə təşviq etməyi bacaracağıq. Qranadada sülh sazişinin imzalanmasını gözləmək son dərəcə nikbin olardı. Qarşıda görüləsi çox iş var. Məqsəd hər iki tərəfin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasına nail olmaqdır. İndiki mərhələdə bu, Ermənistan üçün əsas məsələdir”, - deyə o bildirib.
Diplomat Azərbaycan və Ermənistanın Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyini təsdiqləyərək “demək olar ki, hər gün intensiv diplomatik təmasların” həyata keçirildiyini diqqətə çatdırıb. Ötən gün Avropa Şurasının sədri Şarl Mişelin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub, eləcə də üzv dövlətlər Bakı və İrəvanla fikir mübadilələri aparıb.
“Sərhədlərin demarkasiyası ilə bağlı son aylar ərzində çox iş görülüb. Biz ideal olaraq gələcək mərhələlər, demarkasiyasının hansı əsaslarla aparılacağı ilə bağlı razılığa gəlmək istərdik”, - deyə yüksək rütbəli rəsmi qeyd edib.
Humanitar məsələlərə gəlincə, Avropa İttifaqının da həllində iştirak etməyə hazır olduğu bir çox məsələlər var. O, hər iki tərəfdən məhbusların azad edilməsi perspektivini nümunə gətirib. Bundan başqa, Aİ minalanmış ərazilərin xəritəsini almağa ümid edir. Artıq bu məsələnin müzakirəsinə başlanılıb və Avropa İttifaqı tərəfləri bu işi davam etdirməyə çağırır. Həmçinin əvvəlki münaqişələrdə itkin düşmüş şəxslər haqqında məlumatların toplanması və mübadiləsi üçün səylərə ehtiyac var.
Avropalı diplomat bildirib ki, Mişel BMT müşahidəçilərinin yerlərdə yerləşdirilməsinə nail olmaq üçün böyük fəallıq göstərir. “Bu, son dərəcə vacibdir, çünki gərginlik çox yüksəkdir, şübhələr aradan qalxmayıb. Müşahidəçilərin mövcudluğu hüquqların həyata keçirilməsinə və təhlükəsizliyin təmin olunmasına kömək edə bilər", - deyə mənbə əlavə edib.
O, Qranadada qarşıdan gələn məsləhətləşmələrin hansı formatda keçirilə biləcəyini açıqlamağın hələ tez olduğunu söyləyib. “Almaniya kansleri Olaf Şolts və ya Fransa Prezidenti Emmanuel Makron, Şarl Mişel və Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə müşavirə keçiriləcək yoxsa bu, ikitərəfli format olacaq? Görəcəyik”, - deyə diplomat bildirib.*
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət