2023-cü ilin əvvəlindən Azərbaycanla RF arasında aqrar ticarət dövriyyəsi $959 milyona yaxın təşkil edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, ötən həftə Moskvada “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli arasında görüş keçirilib.
“Cari il ölkələr arasında ticarət balansı (ASK məhsullarının – İF) praktiki olaraq bərabərləşib. Azərbaycandan Rusiyaya aqrar məhsullarının tədarükü pul ekvivalentində $465 milyon həcmində, Rusiyadan Azərbaycana - $494 milyon dəyərində həyata keçirilib”, - Dankvert görüşdə deyib.
“Rosselxoznadzor”un məlumatına görə, Rusiya Azərbaycana buğda və un, canlı mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların tədarükünü artırıb.
Azərbaycan öz növbəsində süd məhsullarının, toxum və çəyirdək meyvələrinin, fındıq tədarükünü artırıb və ənənəvi olaraq, Rusiyaya pomidor, xurma, alma və ərzaq kartofunun ixracı üzrə lider mövqeyini qoruyub saxlayıb.
"Tərəflər ikitərəfli ticarətin miqyasını nəzərə alaraq yaxın zamanda qarşılıqlı tədarükdə nəzarət proseslərinin optimallaşdırılması üçün bir sıra addımlar atmaq barədə razılığa gəliblər. “Rosselxoznadzor” və AQTA ardıcıl olaraq alqoritmlər hazırlayır və nəticədə bu, hər iki ölkədə həm heyvandarlıq malları, həm də bitkiçilik sahəsində nəzarət sistemlərinin ekvivalentliyinin tanınmasına gətirməlidir. Bu, bir sıra nəzarət tədbirlərindən sistemli şəkildə imtina etməyə və qurumların zəmanəti altında ticarəti həyata keçirməyə imkan verəcək", - “Rosselxoznadzor”un məlumatında vurğulanıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət