Azərbaycan əhalisinin təxminən 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
“İnerfaks-Azərbaycan” xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin oktyabrda keçirdiyi sorğuda qeyd edilir.
Eyni zamanda, respondentlərin 18,3%-i Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləməyib, daha 0,8%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Mərkəzin məlumatına görə, sentyabrda respondentlərin 76,4%-i, mayda – 77,3%-i sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.
Sorğuya əsasən, Azərbaycan vətəndaşlarının 66,7%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanır (sentyabra bu göstərici 53,1% olub).
Sorğu oktyabr ayında keçirilib və Azərbaycanın 12 iqtisadi rayonunu əhatə edib.Telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət