Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il üçün gəlirləri 12 milyard 73 milyon 255,5 min manat, xərcləri – 12 milyard 861 milyon 986 min manat səviyyəsində proqnozlaşdırılır.
“İnterfaks-Azərbaycan” Maliyyə Nazirliyinin saytında dərc olunmuş məlumata əsasən bildirir ki, gələn il üçün ARDNF-nin gəlirləri neftin bir barelinin orta qiyməti $60 götürülməklə hesablanıb.
Beləliklə, proqnozlara görə, 2024-cü ildə ARDNF-nin büdcə kəsiri 788 milyon 730,5 min manat təşkil edəcək.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il üçün ARDNF-dən Azərbaycanın dövlət büdcəsinə transfertlər 12 milyard 781 milyon manat və ya gələn il Fondun xərclərinin 99,4%-i səviyyəsində planlaşdırılır.
2023-cü ildə ARDNF-nin büdcəsinin gəlirləri 16 milyard 337,5 milyon manat, xərcləri – 11 milyard 850 milyon 36,5 min manat səviyyəsində təsdiq olunub. Beləliklə, ARDNF-nin büdcəsinin profisiti 4 milyard 487 milyon 463,5 min manat səviyyəsində proqnozlaşdırılır. 2023-cü il üçün ARDNF-nin gəlirləri neftin bir barelinin orta qiyməti $60 götürülməklə hesablanıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət