2023-cü ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan təxminən 100 milyon barelə yaxın (14 mlyon ton) neft hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP Exploration (Caspian Sea) Limited” şirkətindən (layihənin operatoru – İF) məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-sentyabr aylarında AÇG blokundan ümumilikdə 114 milyon barel neft (15 milyon ton) hasil edilmişdi. Beləliklə, 2023-cü ilin yanvar-sentyabr aylarında həmin müqavilə sahəsindən neft hasilatı 12,3% azalıb.
BP-nin məlumatına görə, şirkət blokun işlənməsi layihəsi üzrə xərcləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3% - $1 milyard 474 milyona qədər azaldıb. “Bunun $365 milyonu əməliyyat xərclərinin, $1 milyard 109 milyonu isə əsaslı xərclərin payına düşüb”, - şirkətdən qeyd olunub.
Yanvar-sentyabr aylarında blokdan gündə orta hesabla 368 min barel (2022-ci ilin eyni dövründə 418 min barel), o cümlədən “Çıraq” platformasından 23 min barel (25 min barel), “Mərkəzi Azəri” platformasından 96 min barel (105 min barel), “Qərbi Azəri” platformasından 89 min barel (108 min barel), “Şərqi Azəri” platformasından 59 min barel (63 min barel), “Dərinsulu Günəşli” platformasından 67 min barel (77 min barel), “Qərbi Çıraq” platformasından 34 min barel neft (40 min barel) hasil edilib.
2022-ci ildə AÇG blokundan 152 milyon barelə yaxın (20 mlyon ton) neft hasil edilib, azalma 9% təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.**
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət