Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı ABŞ-ın qərəzli mövqeyinə görə Azərbaycan və Ermənistan XİN başçılarının noyabrın 20-də Vaşinqtonda keçiriləcək görüşündən imtina edib.
“ABŞ-ın belə birtərəfli yanaşması onun(Vaşinqtonun - İF) vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”, - Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi açıqlamalarına dair şərhində deyilir.
Azərbaycan XİN bütövlükdə O’Braynın fikirlərini “birtərəfli, qərəzli, səmərəsiz, əsassız və qəbuledilməz” hesab edir.
Nazirlikdən vurğulanır ki, dinləmələri və O’Braynın çıxışını “Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfliformatlardamünasibətlərə zərbə” kimi qiymətləndirir. “Azərbaycana qarşı səslənənittihamlarəsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır”, - XİN qeyd edir.
“Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanxarici siyasətindəhəmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq”, - XİN vurğulayır. **.
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət