Avropa İttifaqı (Aİ) Türkiyə ilə qarşılıqlı faydalı münasibətlərə malik olmaq istəyir. Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bu gün Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Biz Assosiasiya Şurası çərçivəsində 2019-cu ildə dayandırılmış yüksək səviyyəli dialoqun bərpasını təklif edirik. Eyni zamanda, biz gözləntilərimizi açıq şəkildə bildiririk. Biz Türkiyənin dəstəyi ilə Şərqi Aralıq dənizi regionunda əmin-amanlığı qorumaq, bölgənin rifahına kömək etmək istəyirik”, - deyə ali nümayəndə bildirib.
Borrell Avropa Şurasının 29-30 iyun 2023-cü il tarixli tapşırığına uyğun olaraq Aİ və Türkiyə arasında siyasi, iqtisadi və ticarət münasibətlərinin vəziyyətinə dair Avropa Komissiyası ilə birgə hazırladığı hesabatı mətbuata təqdim edib. Onun sözlərinə görə, bu hesabat Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara toxunulmadan bu ölkə ilə daha ümumi münasibətləri təsvir edir.
Borrell deyib ki, hesabatda yer alan təkliflər ticarət, investisiyalar, miqrasiya, qarşılıqlı əlaqə, ekoloji və rəqəmsal keçid, enerji və digər istiqamətləri əhatə edir. Söhbət, həmçinin viza rejiminin liberallaşdırılmasından da gedir.
Brüssel birinci mərhələ kimi Aİ-Türkiyə gömrük ittifaqının modernləşdirilməsi ilə bağlı danışıqlara başlamağı təklif edir.
“Biz Türkiyədən gözləntilərimizdə açıq şəkildə israrlıyıq. Bu gözləntilər ticarət ziddiyyətlərinin aradan qaldırılması, Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün Aİ ilə əməkdaşlıq və Kipr məsələsi ilə bağlı danışıqların bərpası üçün əlverişli mühitin yaradılması ilə bağlıdır”, - deyə ali nümayəndə qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət