Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Fransa və Hindistanın Ermənistana silah tədarükü Cənubi Qafqazda güc balansını dəyişməyəcək.
"Azərbaycana qarşı istənilən potensial risklər arzuolunmazdır. Buna görə də biz müntəzəm olaraq Ermənistanın silahlanması mövzusunu qaldırırıq, bunu səmərəsiz və təxribatçı hesab edirik. Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”, - Əliyev çərşənbə günü Bakıda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
Əliyev hesab edir ki, Ermənistanın hətta ən müasir silahları olsa belə, Azərbaycan qarşısında tab gətirə bilməz.
“Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. (...) O, Azərbaycan qarşısında tab gətirə bilməz”, - o qeyd edib.
Prezident vurğulayıb ki, Bakı Ermənistana silah tədarükünü diqqətlə izləyir: «Fransa bu gün Ermənistana heç kimə lazım olmayan hərbi texnika göndərir».
Əliyev qeyd edib ki, Bakı Azərbaycan üçün təhlükə görsə, zəruri tədbirlər görəcək. «Mən bunu hamıya demişəm, sonra şikayət etməsinlər», - Azərbaycan lideri əlavə edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət