Avropa İttifaqı (Aİ) Ermənistandakı mülki missiyasının sayını 138 nəfərdən 209 nəfərə çatdıracaq. Ermənistan mətbuatı xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Bu gün Aİ Şurası Ermənistandakı mülki missiyamızı gücləndirmək, oradakı mövcudluğumuzu 138 nəfərdən 209 nəfərə çatdırmaq qərarına gəlib. Bu, Ermənistanın Azərbaycanla beynəlxalq sərhədində sabitliyin artırılmasının bir yoludur”, - deyə o, Aİ XİN başçılarının görüşünün yekunları üzrə mətbuat konfransında bildirib.
Avropa İttifaqı Şurasının qərarı ilə Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində yaradılan Aİ mülki missiyası (EUMA) 2023-cü ilin fevralında Ermənistanda fəaliyyətə başlayıb. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, yerlərdə etimadın möhkəmlənməsinə töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Noyabrın 20-də Ermənistan və Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının statusu ilə bağlı saziş imzalayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət