Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% - 17,4 milyon tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə Aİ ölkələrinin Azərbaycandan aldığı neftin dəyəri təxminən 10,6 milyard avro (azalma 14,7%) təşkil edib.
2023-cü ilin oktyabr ayında Aİ ölkələri Azərbaycandan 919,2 milyon avro dəyərində (azalma 16,7%) 1,3 milyon ton neft (azalma 9,1%) idxal edib.
Yanvar-okyabr aylarında Azərbaycandan neft idxal edən Aİ ölkələrinin beşliyinə İtaliya (6 milyard avro dəyərində (artım 0,3%) 9,9 milyon ton (artım 27,6%), Çexiya (1 milyard avro dəyərində (azalma 6,2%) 1,6 milyon ton (artım 20%), İspaniya (760,3 milyon avro dəyərində (azalma 12,3%) 1,2 milyon ton (artım 5,8%), Xorvatiya (699,2 milyon avro dəyərində (azalma 1,7 dəfə) 1,1 milyon ton (azalma 18,5%) və Almaniya (506 milyon avro dəyərində (azalma 2,6 dəfə) 836,9 min ton (azalma 2 dəfə) daxil olub.
Oktyabr ayında Azərbaycan neftinin ən iri idxalçılarının beşliyində İtaliya (599,9 milyon avro dəyərində (artım 1,5 dəfə) 857,9 min ton (artım 1,6 dəfə), Çexiya (131,2 milyon avro dəyərində (azalma 9,8%) 187,8 min ton (artım 2,1%), Xorvatiya (117,4 milyon avro dəyərində (artım 1,7 dəfə) 169,3 min ton (artım 1,7 dəfə), Avstriya (42 milyon avro dəyərində 59,5 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) və Almaniya (28,8 milyon avro dəyərində (azalma 6,4 dəfə) 41,6 min ton (azalma 5,7 dəfə) yer alıb.
Avrostatın yenidən nəzərdən keçirilmiş məlumatına görə, Aİ ölkələri 2022-ci ildə Azərbaycandan 15,1 milyard avro dəyərində (artım 66,7%) 19,8 milyon ton neft (2021-ci illə müqayisədə azalma 1%) idxal edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət