Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan neft məhsullarının idxalını 19,4 dəfə - 305,7 min tona qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
İdxalın dəyəri 185,3 milyon avro (artım 14,1 dəfə) təşkil edib.
Yanvar-oktyabr aylarında Aİ ölkələri arasında Azərbaycandan neft məhsullarının ən iri idxalçılarının üçlüyünə Yunanıstan (109,8 milyon avro dəyərində 198,7 min ton, bir il əvvəl idxal həyata keçirilməyib), Kipr (31,3 milyon avro dəyərində 40,2 min ton, bir il əvvəl idxal həyata keçirilməyib), Niderland (21,2 milyon avro dəyərində 32,3 min ton (bir il əvvəl idxal həyata keçirilməyib), Malta (14,9 milyon avro dəyərində (artım 385 dəfə) 24 min ton (artım 215 dəfə) və İtaliya (5,7 milyon avro dəyərində (artım 6,8 dəfə) 8 min ton (artım 12,9 dəfə) daxil olub.
2023-cü ilin oktyabr ayında Aİ ölkələri Azərbaycandan 34 milyon avro dəyərində (artım 316 dəfə) 47,5 min ton neft məhsulları (artım 796 dəfə) idxal edib.
2023-cü ilin oktyabr ayında Azərbaycandan neft məhsulları alan Aİ ölkələrinin ilk üçlüyünə Niderland (21,2 milyon avro dəyərində 32,3 min ton (bir il əvvəl idxal həyata keçirilməyib), Yunanıstan (11,9 milyon avro dəyərində 14,3 min ton (bir il əvvəl idxal həyata keçirilməyib) və Bolqarıstan (0,7 milyon avro dəyərində 0,8 min ton (bir il əvvəl idxal həyata keçirilməyib) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan neft məhsullarının idxalını 2021-ci illə müqayisədə 34,5% - 17,6 min tona qədər artırıb. Hesabat dövründə Aİ üzvləri bu məqsədlərə 15,2 milyon avro (il ərzində artım 2,3 dəfə) yönəldib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət