Rusiya sülh müqaviləsi bağlamaq üçün Bakı və İrəvana kömək etməyə hazırdır, lakin öz vasitəçiliyini zorla qəbul etdirmir. Bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
O, «İzvestiya»ya verdiyi müsahibədə vurğulayıb ki, Sankt-Peterburqda keçirilən MDB dövlətləri liderlərinin qeyri-rəsmi sammiti, o cümlədən sülh müqaviləsi üzərində işləri başa çatdırmaq üçün iki dövlət liderlərinin ünsiyyətini dəstəkləmək üçün yaxşı fürsətdir.
«Hər iki tərəf, əslində, son vaxtlar bir neçə dəfə sülh müqaviləsi üzərində işləri bitirməyə hazır olduqlarını bəyan ediblər, Rusiya onlara kömək etməyə, bunu alqışlamağa hazırdır», - Peskov bildirib.
O əlavə edib: «Biz öz vasitəçiliyimizi zorla qəbul etdirmirik, amma əlbəttə ki, bizim üçün çox vacibdir ki, yalnız MDB çərçivəsində deyil, həm də inkişaf etmiş ikitərəfli münasibətlərimiz baxımından iki tərəfdaşımız, müttəfiqimiz bu müqaviləni mümkün qədər tez bağlasınlar. Bu, Qafqazda sülh, sabitlik və proqnozlaşdıra bilən mühitini təmin edərdi, bu bizim üçün vacibdir».**
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət