Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən bildirilib ki, plana uyğun olaraq komandolar əldə edilən kəşfiyyat məlumatına əsasən daimi dislokasiya məntəqəsini tərk edərək şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi istiqamətində hərəkət ediblər.
“Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən edilərək mühasirəyə alınması və zərərsizləşdirilməsi, yaralıların təxliyə edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqları uğurla yerinə yetiriblər”, - deyə məlumatda qeyd olunur.
Sərt iqlim şəraitində komando bölmələri ilə keçirilən taktiki-xüsusi məşğələlərin əsas məqsədi hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin tətbiq edilməsidir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət