2023-cü ildə Azərbaycanda 12 milyard 210,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 6 milyard 276,7 milyon manat məbləğində heyvandarlıq, 5 milyard 933,9 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,2%, bitkiçilik məhsullarının istehsal həcmi 2,7% artıb.
2023-cü ildə respublikada 647,7 min ton ət (artım 3,1%), 2 milyon 284 min ton süd (artım 0,9%), 2 milyard 188,2 milyon ədəd yumurta (artım 8,4%), 15,1 min ton yun (azalma 3,9%) və 357 ton barama (artım 4,6%) istehsal edilib.
Ümumilikdə, 2023-cü ildə hər inək və camışdan orta hesabla 1746 lutr süd (artım 0,9%) əldə olunub.
İlkin məlumata görə, 2024-cü il yanvarın 1-nə ölkədə 7 milyon 81,6 min baş qoyun və keçi, 2 milyon 502,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 235,2 min baş inək və camış olub. İnək və camışlar iribuynuzluların 49,4%-ni təşkil edir.
2023-cü ildə quşçuluq təsərrüfatlarında diri çəkidə 76 min ton quş əti və 1 milyard 53,5 milyon ədəd yumurta istehsal edilib. Ümumilikdə, bu təsərrüfatlarda quşların ümumi sayı 11 milyon 265 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 244 ədəd yumurta əldə edilib.
Statistik məlumatlara əsasən, 2023-cü ildə təsərrüfatlarda 3 milyon 248,6 min ton dənli itkilər (qarğıdalı daxil olmaqla, artım 2,8%), 1 milyon 10,5 min ton kartof (azalma 5,9%), 1 milyon 825,6 min ton tərəvəz (artım 0,1%), 438,2 min ton bostan bitkiləri (azalma 6,6%), 1 milyon 261,3 min ton meyvə və giləmeyvə (artım 0.7%), 224,5 min ton üzüm (аrtım 5,6%), 1,1 min ton yaşıl çay yarpağı (аrtım 12,3%), 29,3 min ton günəbaxan (аzalmа 0,2%), 219,8 min ton şəkər çuğunduru (аzalmа 1,3%), 6,3 min ton tütün (аrtım 24,9%), 276,1 min ton pambıq (azalmа 14,4%) yığılıb.
Hazırda təsərrüfatlarda 2024-cü ilin məhsulu üçün müvafiq işlər başa çatdırılır.
Gələcək taxıl məhsulu üçün 1 milyon 15,6 min hektar sahə əkilib, bunun 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa və 0,2 min hektarı çovdar sahəsi təşkil edib.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət