2023-cü ildə Azərbaycanda 1636 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 862 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“2023-cü ildə 1636 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9% az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,7% azalaraq 2,229 nəfər olub. Onlardan 862-si həlak olub (artım 3,4%), 1,367-si isə yaralanıb (azalma 6,1%)”, - məlumatda bildirilir.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4%-ni, yaralananların isə 72,3%-ni kişilər təşkil edib.
Ötən il nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 29 nəfər yaralanıb. Hadisələrin 17-is minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Hesabat dövründə yol-nəqliyyat hadisələrinin 39,7%-i piyadaların iştirakı ilə baş verib.
“Bütün yol-nəqliyyat hadisələrinin 39,7%-i bir neçə nəqliyyat vasitəsinin, 38,2%-i nəqliyyat vasitələrinin və piyadaların, 22,1%-i isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib”, - Komitədən vurğulanır.
Hadisələrin 42,5%-i gündüz, 38,9%-i gecə, 18,6%-i isə toran vaxtı baş verib, 31,5%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət