2024-cü ilin yanvar ayında Azərbaycanda 2 milyon 467,9 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2023-ci ilin yanvar ayının göstəricisindən 8,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 2 milyon 462,8 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 8,3% olub.
Yanvarda Azərbaycanda 4 milyard 252,9 milyon kubmetr qaz (artım 0,6%), 3 milyard 269,1 milyon kubmetr əmtəəlik qaz (artım 4,2%) hasil edilib.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 7,5% azdır. 2023-cü ildə Azərbaycanda 48 milyard 496,7 milyon kubmetr qaz (artım 3,8%), 36 milyard 413,8 milyon kubmetr əmtəəlik qaz (artım 4,2%) hasil edilib.
Azərbaycan hökuməti 2024-cü ildə ölkədə 29 milyon 492,3 min ton neft (kondensatla birlikdə), 49 milyard 63,6 milyon kubmetr qaz, həmçinin 36 milyard 779,6 milyon kubmetr səviyyəsində əmtəəlik qaz hasilatını proqnozlaşdırır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət