2024-cü ilin yanvar ayında Azərbaycanda 491,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 468,5 milyon manat məbləğində heyvandarlıq, 22,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 1,2%, bitkiçilik məhsullarının istehsal həcmi 0,8% artıb.
Yanvarda respublikada 46,3 min ton ət (artım 1,5%), 160,7 min ton süd (dəyişməyib), 188,3 milyon ədəd yumurta (artım 3,4%) istehsal edilib.
2024-cü il yanvarın 1-nə damazlıq təsərrüfatlarda 24,1 min baş iribuynuzlu mal-qara və 15,8 min qoyun və keçi olub.
2023-ci ildə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət və özəl damazlıq təsərrüfatları 7 min baş iri mal-qara, 5,4 min baş qoyun və keçinin heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə satışını həyata keçiriblər.
Ötən il 194,4 min inək və dana mayalandırılıb.
Statistik məlumatlara görə, bu ilin yanvar ayında ölkənin örtülü torpaq sahələrindən 20,5 min ton tərəvəz toplanıb.
2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 12 milyard 210,6 milyon manat (2022-ci ilin göstəricisindən +3%i) təşkil edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət