2024-cü ilin yanvar ayında Azərbaycana $113 milyon 420,19 min dəyərində (artım 10,5%) 6 191 ədəd (azalma 10%) avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $100 milyon 255,05 min dəyərində (artım 9,6%) 5 643 ədəd avtomobil (azalma 12,6%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $9 milyon 663,41 min dəyərində 239 ədəd elektrokar və $40 milyon 205,43 min dəyərində 1 235 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $8 milyon 907,75 min dəyərində (artım 0,3%) 495 ədəd motorlu nəqliyyat vasitəsi (artım 31,6%), o cümlədən $3 milyon 449,64 min dəyərində 33 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 22,2%) gətirilib.
Hesabat dövründə respublikaya 20 və daha artıq şəxsin daşınması üçün $807,75 min dəyərində 20 ədəd motorlu nəqliyyat vasitəsi (artım iki dəfə) gətirilib.
2023-cü ildə Azərbaycana $1 milyard 680 milyon 652,85 min dəyərində 95,971 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət