Martın 11-də Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.
Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, bazar ertəsi Tokayev Azərbaycana ikigünlük dövlət səfərinə gəlib.
Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə ilk qatarın istifadəyə verilməsi cari il fevralın 28-də baş tutub.
Azərbaycan liderinin satrındakı məlumatda qeyd olunur ki, Tokayevin sözlərinə görə, 61 konteynerdən ibarət qatar uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edib.
İlkin razılaşmaya əsasən, Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.
Həmçinin, “Track and Trace” funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yükləri izləmək mümkündür.
Məlumatda deyilir ki, Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Cari ilin yanvar-fevral aylarında iki ölkə arasında yükdaşımaların həcmi 25% artaraq 539,5 min ton təşkil edib.
Hazırda Çindən yüklər .azıstan, Azərbaycan vasitəsilə Qara dəniz limanlarına 18 gün ərzində (əvvəl 53 gün) çatdırılır.
“Bu gün Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində nəqliyyat-logistika sektoruna aid məsələlər ətraflı müzakirə olundu. Bu gün Qazaxıstan və Azərbaycan bütün istiqamətlər, o cümlədən tranzit nəqliyyat sahəsində - konnektivliklə bağlı sahədə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərirlər. (...) Bu gün müzakirə edilən planlar ölkələrimizin dəmir yollarının boş qalmaması, belə konteyner qatarlarının isə gündəlik həyatımızın bir parçası olmasına imkan verir”, - Əliyev deyib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət