2024-cü ilin yanvar ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) ilə neft ixracı 2023-cü ilin dekabr ayı ilə müqayisədə 0,7% və ya 4 min barel artaraq 539 min barel təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-in məlumatına görə, boru kəməri ilə Supsa terminalına neft nəqli əvvəlki kimi həyata keçirilmir.
2024-cü ilin yanvar ayında Mərkəzi Asiyadan neft ixracı orta hesabla 213 min barel təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 2,6%, 2023-cü ilin yanvar ayı ilə müqayisədə isə 1,5% azdır. Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından ixracın ümumi həcmi orta hesabla 190 min barel və ya 15%-dək artaraq 1,5 milyon barel təşkil edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 195 min barel və ya təxminən 15% çoxdur.
Yanvarda Rusiya və Mərkəzi Asiyadan neft ixracının ümumi həcmi orta hesabla 6,3 milyon barel təşkil edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 15 min barel və ya 0,2% azdır.
Rusiya və Mərkəzi Asiyadan neft məhsullarının ixracı orta hesabla 112 min barel və ya 5%-dək artaraq 2,6 milyon barel təşkil edib. Dekabrda artım əsasən benzin və nafta hesabına təmin edilib. Bu məhsullar vakuum qazoylu və təyyarə yanacağının azalmasını kompensasiya edib. Ötən illə müqayisədə məhsul ixracının ümumi həcmi təxminən 0,6 milyon barel və ya 20% azalıb. OPEC-in hesablamalarına görə, bütün əsas məhsullar üzrə azalma müşahidə olunur.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət