Azərbaycan Cənubi Qafqaz regionunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıdakeçiriləcək29-cu sessiyası (COP29)kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səy göstərəcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
Cümə günü dövlət başçısı Bakıda Münxen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edərkən Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin təşəbbüskarı olduğunu və sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin məhz Azərbaycan tərəfindən təklif olunduğunu vurğuladı. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Görüşdə “COP29-un (2024-cü il noyabr ayında Azərbaycanda - İF) sülh gündəliyinə xidmət edəcəyi” qeyd olundu.
“Dövlət başçısı bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar əldə olunan razılaşmalar məhz sülh gündəliyi əsnasında meydana çıxan məqamlardır.Azərbaycan da bu xüsusda regionda COP29 kontekstində sülh gündəliyinin irəliyə aparılması üçün səylərini göstərəcək”, - məlumatda deyilir.
Əliyev bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransına səfəri çərçivəsində “Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında COP29-la əlaqədar əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu” qeyd etdi.
Söhbət zamanı COP29-un Azərbaycanda keçiriləcək sessiyası çərçivəsində Münxen Təhlükəsizlik Konfransının iqlim təhlükəsizliyi mövzusuna və sülh gündəliyinə həsr olunmuş ayrıca bir tədbirinin təşkilinə dair müzakirələr aparıldı.
İşinger Münxen Təhlükəsizlik Konfransı Fondunun il ərzində dünyanın müxtəlif bölgələrində də tədbirlər keçirdiyini deyərək, ölkəmizin bu tədbirlərdə təmsil olunması ilə əlaqədar dəvətini çatdırdı.
Məlumatda vurğulanır ki, söhbət zamanı regional sülh gündəliyi ilə bağlı müzakirələr aparıldı. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət