Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, daxili işlər naziri Vladimir Kolokoltsev, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Rusiya Qvardiyasının direktoru Viktor Zolotov Prezident Vladimir Putinə cümə günü axşam saatlarında “Crocus City Hall”da baş vermiş terror aktının təhqiqatı ilə bağlı məlumat veriblər. Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Vladimir Putin Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, baş nazirin müavini Tatyana Qolikova və səhiyyə naziri Mixail Muraşko ilə danışıb. Onlar Putinə terror aktı zamanı zərərçəkənlərə yardım üçün görülən tədbirlər barədə məlumat veriblər.
Martın 22-də axşam saatlarında “Crocus City Hall”da konsert başlamazdan əvvəl naməlum şəxslər binaya girərək atəş açıblar. Binada yanğın başlayıb.
“Terror aktı ilə bağlı cinayət işi açılıb. Terror aktı nəticəsində ölənlərin sayı 60-ı ötüb. Həlak olanların sayı arta bilər”, - deyə Rusiya İstintaq Komitəsindən bildirilib.
Hadisə nəticəsində 99 nəfər xəsarət alıb.
Qubernator Vorobyov məlumat verib ki, “Crocus City Hall”da yanğın söndürülüb, lakin ayrı-ayrı yanğın ocaqları hələ də qalır.
BMT Təhlükəsizlik Şurasının üzvləri, təşkilatın Katibliyi, onlarla yaxın və uzaq xarici ölkə liderləri və xarici siyasət idarələri terror aktını pisləyib və bütün günahkarların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Təhlükəsizlik Şurasının üzvləri bütün dövlətləri Rusiya Federasiyası Hökuməti, eləcə də digər səlahiyyətli orqanlarla fəal şəkildə əməkdaşlıq etməyə çağırıblar.
“Baş katib Moskva yaxınlığında konsert salonuna terror hücumunu qətiyyətlə pisləyir”, - deyə Quterrişin mətbuat xidmətindən bildirilib. Baş katib həlak olanların ailələrinə və Rusiya hökumətinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
İtaliyanın baş naziri Corca Meloni terrorçuların hücumunun tamamilə qəbuledilməz olduğunu vurğulayıb.
Almaniya XİN terror aktını “dəhşətli hücum” adlandırıb.
İsrail XİN rəhbəri İsrael Katz da Rusiya tərəfinə başsağlığı verib.
Hadisəyə görə Braziliya, İspaniya, Kanada XİN-ləri, ABŞ, Aİ, Böyük Britaniya, Fransa, Türkiyə, İran və bir çox digər ölkələr də Rusiyaya başsağlığı verib.
“The New York Times” yazır ki, ABŞ rəsmiləri “Crocus City Hall” konsert zalında törədilmiş terror aktına görə məsuliyyəti İslam Dövlətinin öz üzərinə götürdüyü barədə məlumatı təsdiqləyiblər.
Nəşrin məlumatına görə, İslam Dövləti son illərdə Rusiyanı mütəmadi surətdə tənqid edirdi.
“Dövlət Departamenti bu ayın əvvəlində potensial terror təhlükəsi barədə xəbərdarlıq etmişdi. Lakin hazırda bu xəbərdarlığın və hücumun bir-biri ilə nə dərəcədə əlaqəli olduğunu bilmirik”, - deyə ABŞ Prezidentinin müşaviri Con Kribi “Fox News” telekanalının efirində bildirib.
İslam Dövlətinin terror aktına görə məsuliyyət daşıması barədə açıqlamasını şərh edən Amerika KİV-ləri vurğulayır ki, qruplaşma hücumun məhz onun tərəfindən törədilməsinə dair sübut təqdim etməyib.
Rusiya Mədəniyyət Nazirliyinin məlumatına görə, “Crocus City Hall”da törədilmiş terror aktı ilə əlaqədar bütün mədəni tədbirlər təxirə salınıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət