2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana buğda idxalı 1 mln. 162 min ton təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 26,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ümumilikdə respublikaya $258 mln. 519,1 min dəyərində buğda idxal olunub (artım 13,1%).
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $96 mln. 737,6 min məbləğində 222 min ton xam şəkər və qənd (idxal həcmi 34,3% azalıb), $57 mln. 510,4 min məbləğində 94 min 293,5 ton bitki yağı (azalma 7,2%), $12 mln. 97,8 min məbləğində 5 min 488,2 ton çay (azalma 15,6%), $18 mln. 333,1 min məbləğində 11,421 min ton kərə yağı, digər yağlar və süd pastası (artım 35,5%) idxal edilib.
2015-ci ilin yanvar-oktyabr aylarında ölkəyə $27 mln. 673,1 min məbləğində 50,470 min ton təzə meyvə (artım 4,3 dəfə), $5 mln. 347,4 min məbləğində 22 min 704,4 ton təzə tərəvəz (artım 0,6%), $7 mln. 732,1 min məbləğində 93 min 491,5 ton kartof (artım13,6%) idxal edilib.
Həmçinin hesabat dövrü ərzində Azərbaycana $8 mln. 636,6 min məbləğində 4 min 72,7 ton iribuynuzlu heyvan əti (artım 8,8%), $4 mln. 391,8 min məbləğində 5 min 452,9 ton quş əti və digər ət məhsulları (azalma 23,5%) idxal olunub.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət