Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və güeniş spektri əhatə edir. Bu sözləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.
“Ölkələrimizi möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır. Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir. Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir”, - deyə M.Əliyeva “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir. “Bura iqtisadi blok, humanitar sahədə qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. İqtisadi sahəyə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur”, - deyə birinci vitse-prezident qeyd edib.
M.Əliyeva qarşılıqlı ticarət dövriyyəsinin artdığını diqqətə çatdırıb. “Ötən il Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 19% artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin artıq 26%-ə çatması müşahidə olunur, qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb. Çox sevindirici haldır ki, son vaxtlar neft sektorunda ənənəvi qarşılıqlı fəaliyyətlə bərabər, qeyri-neft sektorunda, maşınqayırma, istehsal avadanlığı, kimya sənayesi, əczaçılıq, energetika, nəqliyyat kimi sahələrdə çoxsaylı müştərək layihələr inkişaf etdirilir”, - deyə o əlavə edib.
M.Əliyeva nümunələr kimi “SOCAR Polymer” müəssisəsinin, “Azərikimya” müəssisələrinin modernləşdirilməsi, “KamAZ” yük avtomobillərinin yığılması və istehsalı, “P-Farm” dərman preparatları zavodunun birinci növbəsinin tikintisini göstərib.
“Tranzit-nəqliyyat sistemi bizim qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması ən mühüm müştərək layihələrdən biridir. Bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60% artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq və o, istifadəyə veriləcək”, - deyə birinci vitse-prezident bildirib.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət