Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və NATO-nun Hərbi Komitəsinin sədrinin Bakıdakı görüşünün sülh və sabitliyə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
“Çox şadam ki, artıq neçə il ərzində Azərbaycan belə mühüm görüşlər üçün öz logistika dəstəyini və məkanını təqdim edir. Biz bunu yüksək qiymətləndiririk. Biz bunu aramızda olan dostluq və tərəfdaşlıq əlaməti hesab edirik. Həmçinin etimad əlaməti kimi də qəbul edirik. Biz çox şadıq və qürur hissi keçiririk ki, Azərbaycan həm NATO, həm də Rusiya tərəfindən bu görüşün keçirilmə yeri kimi seçilmişdir. Ümidvarıq ki, əvvəlki, bugünkü və növbəti görüşlər sülh və sabitliyə töhfə verəcək”, - İlham Əliyev çərşənbə axşamı NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçi qəbul edərkən qeyd edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bizim hərbçilərimiz Əfqanıstanda NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edirlər.
“Bildiyiniz kimi, bu yaxınlarda biz hərbçilərimizin sayını 30% artırdıq, indi onların sayı 120 nəfərdir. Həmçinin biz Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində də işləyirik. Eyni zamanda, Əfqanıstana gedən yüklərə mühüm logistik və nəqliyyat dəstəyini təmin edirik”, - Əliyev qeyd edib.
O cümlədən, Azərbaycan prezidenti Əfqanıstan hökuməti ilə islahatlar üzərində sıx fəaliyyəti vurğulayıb.
“Dövlət xidmətlərinin göstərilməsi üzrə ilk mərkəz olan ASAN Əfqanıstanda açılmışdır. İki yüzdən çox xidmət var, Bakıda beş mərkəz mövcuddur. Əlbəttə, təhlükəsizlik və terrorla mübarizə əməliyyatları çox vacibdir, lakin ölkəyə iş yerləri, məşğulluq, sosial müdafiə, iqtisadi islahatlar lazımdır və biz bu məsələlərlə bağlı Əfqanıstan hökuməti ilə çox geniş iş aparırıq”, - Əliyev bildirib. **
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət