Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayevaxarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair bəyanatına rəsmi İrəvanın reaksiyasını qəribə hesab edir.
“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə Yerevanın reaksiyası olduqca qəribədir. Belə çıxır ki, Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan XİN başçısı və həmsədrlər görüşlərə çay içməyə gəlir. Bu, ən azı qeyri-ciddidir”, - Abdullayevanın bəyanatında qeyd olunur.
Onun sözlərinə görə, aydındır ki, Ermənistanın xarici işlər naziri “daxili siyasi neqativ reaksiyadan çox qorxur, çünki ondan Azərbaycan XİN başçısının müsahibəsindəki sözlərin mahiyyət üzrə açıqlaması tələb oluna bilər”.
“Əslində, müsahibə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir", - L.Abdullayeva. əlavə edib.
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov CBC telekanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının alternativi olmaması barədə bəyan edib. “Danışıqlar yolu ilə sülhə nail olmaq – çox mürəkkəb prosesdir. Biz olmadan heç kəs bu münaqişəni həll edə bilməz. Bütün variantlar masa üzərində olmalıdır. Əsas məsələ - bundan sonra nə olacaq? Münaqişənin həlli üçün strateji dözümə malik olmaq lazımdır. Danışıqlar prosesinin dayandırılacağına inanmıram. Düşünürəm ki, sağlam düşüncəlik Ermənistan tərəfini tərk etməyəcək. İnanmıram ki, onlardan kimsə danışıqlar prosesindən çıxmaqda maraqlıdır. Biz də hər zaman bu barədə danışırıq (süıh danışıqlarının zəruriliyi barədə - İF)”, - Məmmədyarov bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfinin hərəkətləri və bəyanatlarında çox zaman emosiyalar üstünlük təşkil edir. Nazir əlavə edib ki, Ermənistan tərəfinin emosiya və stereotipləri mənfi fon yaradır və irəliləməyə mane olur.
Nazir əlavə edib ki, erməni həmkarı ilə danışıqlar zamanı “konkret və real məqamlar” müzakirə olunur.
Məmmədyarov vurğulayıb ki, Ermənistan tərəfi ilə danışıqlar zamanı müxtəlif sənədlər meydana çıxıb, sonuncusu “Lavrovun planı”dır. “Lavrovun planı” - təqribən iki il öncə Moskvada aparılan sıx müzakirələrin nəticəsidir. Lakin yenə də “Madrid prinsiplərinə” əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin 9 mart 2019-cu il tarixli bəyanatı var. Burada həmsədrlərin danışıqlarda irəliləyin olması üçün fikirləri öz əksini tapıb. Mahiyyəti çox sadədir – mərhələli şəkildə. Birinci mərhələdə qoşunların çıxarılması, Azərbaycan əhalisinin qayıdışı, təhülkəsizliyin təmin olunması, kommunikasiyaların təşkili. Bu səbəbdən bizim Ermənistan tərəfinə təklifimizi “tərəqqi perspektivli sülh” kimi xarakterizə etmək olar”, - nazir vurğulayıb. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət